CƏMİYYƏT


Biləsuvar rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir. Mayın 24-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Biləsuvar rayonunda vətəndaşların qəbulunu keçirəcək.

Komitədən AZƏRTAC-a bildiriblər ki, Gənclər Evində saat 11:00-da keçiriləcək qəbulda Cəbrayıl, Biləsuvar rayonlarının sakinlərinin qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaq.

Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır.

Görüş çərçivəsində Biləsuvar rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.