CƏMİYYƏT
Biləsuvar rayonunun Aşağı Cürəli kəndində qanunsuz ov edən şəxslər saxlanılıblar
Bakı, 15 noyabr, AZƏRTAC
Polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə respublikanın şəhər və rayonlarında mütəmadi tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 14-də Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Aşağı Cürəli kəndində qanunsuz ov edən kənd sakinləri Nemət Xanışov, Ramin Vahabov və onun qardaşı Sadiq saxlanılıblar. Onlardan “TOZ”, “İJ” və “MR” markalı üç ov tüfəngi, 22 patron, 7 giliz və ovlanmış 5 quş götürülüb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]