CƏMİYYƏT


Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının sabiq müdirinin sübutları saxtalaşdırması faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Bakı, 28 iyul, AZƏRTAC

Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının sabiq müdiri Xalidə Ağayevanın sübutları saxtalaşdırması faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Biləsuvar Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, aparılmış istintaqla Xalidə Ağayevanın Biləsuvar rayon məhkəməsində baxılan mülki iş üzrə öz xeyrinə qətnamə çıxarılmasının təmin edilməsi məqsədi ilə Abşeron rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsinə uydurma məlumatlar daxil edib Biləsuvar Rayon Məhkəməsinə təqdim etməklə mülki iş üzrə sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Xalidə Ağayevaya Cinayət Məcəlləsinin 294.1-ci (mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.