İQTİSADİYYAT


Biləsuvar şəhərində Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan küçədə yenidənqurma və abadlıq işləri başa çatmaq üzrədir

Biləsuvar, 29 noyabr (AZƏRTAC). Biləsuvar şəhərində Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan küçədə yenidənqurma və abadlıq işləri başa çatmaq üzrədir.

AZƏRTAC xəbər verir ki, küçə boyunca inşa edilmiş hasarlar və giriş qapıları yenidən bərpa edilmiş, bordürlər təmir edilmiş, küçənin hər iki tərəfində müasir işıqlandırma sistemi quraşdırılmış, ətrafda həmişəyaşıl ağaclar, gül kolları əkilmişdir.

Rayonun əmək kollektivləri Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan küçədə yenidənqurma və abadlıq işləri ilə bağlı keçirilən iməciliklərdə fəallıq göstərirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.