REGİONLAR


Biləsuvar şəhərinin 2036-cı ilə qədərki dövrdə inkişafına dair “Biləsuvar şəhərinin Baş planı” təsdiq edilib

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Biləsuvar şəhərinin 2036-cı ilə qədərki dövrdə inkişafına dair “Biləsuvar şəhərinin Baş planı”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

AZƏRTAC xəbər verir ki, qərar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Prezidentin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınmaqla imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.