CƏMİYYƏT


Biləsuvar və Beyləqanda pambıqçılıqla məşğul olan fermerlərlə görüş keçirilib

Bakı, 27 iyun, AZƏRTAC

Biləsuvar və Beyləqan rayonlarında pambıqçılıqla məşğul olan fermerlərlə keçirilən görüşdə Kənd Təsərrüfatı Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri, Gübrə İdxalçıları və İstehsalçıları Assosiasiyasının əməkdaşları və xarici mütəxəssislər iştirak ediblər.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə mövsümlə əlaqədar olaraq pambıq bitkisinin zərərvericiləri ilə mübarizədə inteqrə edilmiş üsulun əhəmiyyəti və əkinlərdə pestisidlərin tətbiq reqlamenti, kimyəvi mübarizə zamanı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinin vacibliyi barədə fermerlərə məlumat verilib.

Qeyd olunub ki, pambıq bitkisinə zərər vuran başlıca zərərvericilər pambıq sovkası və mənənəsi, tütün tripsi, hörümçək gənəciyidir. Bununla yanaşı, yerli şəraitdə bitkiyə vertisillioz soluxma (vilt), fuzarioz soluxma, hommoz və kök çürümələri kimi başlıca xəstəliklər, kalış, adi pıtraq, yumrucuqlu çil, ilişən qıllıca kimi alaq otları da böyük iqtisadi zərər vurur.

Zərərli orqanizmlərin bioekologiyası, yayılması, zərərləri və mübarizə üsulları barədə mütəxəssislər tərəfindən fermerlərə məlumat və tövsiyələr verilib.

Görüşdə fermerləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.