REGİONLAR


Biləsuvarda “1001 palıd” layihəsinin icrasına start verilib

Biləsuvar, 2 may, Mahir Babayev, AZƏRTAC

Mayın 1-də "Müasir Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin həyata keçirdiyi “1001 palıd” layihəsinin icrasına Biləsuvarda start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində Biləsuvar şəhərinin mərkəzi parkında palıd fidanları əkilib.

Bu nəcib təşəbbüsə rayonun bir neçə təhsil və gənclər təşkilatları da qoşulub.

“1001 palıd” layihəsinin davamı olaraq rayonda müəyyən olunmuş ərazilərdə palıd ağaclarının çoxaldılması planlaşdırılır.

Palıd fidanlarını böyütmək, onlara daimi qulluq etmək və ərazinin ayrılmasına Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən dəstək göstərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.