REGİONLAR
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
Biləsuvar, 21 yanvar, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda bir əsrlik tarixi olan Nizami Gəncəvi adına 1 nömrəli şəhər tam orta məktəbi üçün yeni binanın tikintisinə başlanılıb. Bina ölkə başçısının müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına inşa olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, inşa edilən 1176 yerlik təhsil ocağında 54 sinif otağı olacaq. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, 218 yerlik yeməkxana, idman və akt zalı, kompüter otaqları fəaliyyət göstərəcək. Bir sözlə məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq.
Binasının tikintisi yeni dərs ilinədək başa çatdırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]