REGİONLAR
Biləsuvarda 48 mənzilli bina tikilir
Biləsuvar, 22 yanvar, Mahir Babayev, AZƏRTAC
Biləsuvar şəhərindəki Heydər Əliyev prospektində qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinləri üçün 48 mənzilli yeni bina tikilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncam ilə ayrılan vəsait hesabına inşa olunan dördmərtəbəli binanın tikintisinə ötən ilin sonlarında başlanılıb. Artıq binanın bünövrəsi tökülüb, hörgü işləri aparılır.
Mənzillərin 8-i bir, 24-ü iki, 16-sı isə üç otaqlı olacaq. İnşaat işlərinin bu ilin avqust ayında başa çatdırılması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:31]
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]