REGİONLAR
Biləsuvarda 800-dən çox ailəyə qurban payı verilib
Biləsuvar, 5 oktyabr (AZƏRTAC). Qurban bayramı Biləsuvar rayonunun bütün yaşayış məntəqələrində böyük sevinclə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə keçirilən mərasimlərdə rayon rəhbərliyi, kənd və qəsəbə sakinləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, xalqımız yüz illər boyu Qurban bayramını əziz bayramlarından biri kimi qeyd edir.
Mərasimlərdə Azərbaycanın milli və mənəvi dəyərlərinin dünyada təbliği istiqamətində Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti yüksək qiymətləndirilib.
Bayram mərasimlərində qurbanlar kəsilib, 800-dən çox əlilə, aztəminatlı və şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına bayram sovqatı paylanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO
- 19.04.2024 [09:30]