REGİONLAR


Biləsuvarda “Hindquşu festivalı” keçirilib

Biləsuvar, 26 noyabr, İlkin Adıyev, AZƏRTAC

Biləsuvar rayon Mərkəzi Parkında rayon icra hakimiyyətinin, "Azər Home Chef" şirkətinin və "Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə “Hindquşu festivalı” keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Masallı, Cəlilabad, Salyan və Cəbrayıl Rayon İcra hakimiyyətlərinin başçıları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, tədbirin təşkilatçıları, sakinlər, yerli və xarici qonaqlar, respublikanın ən məşhur aşpaz və dequstatorları iştirak ediblər.

Açılış mərasimində çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov festivalın rayonda artıq ikinci ildir keçirildiyini qeyd edib. Bildirib ki, festival rayonda turizmin inkişafına maraq baxımından böyük əhəmiyyət daşımaqla yanaşı, həm də milli mətbəximizin təbliğinə xidmət göstərir.

Festival zamanı hind toyuğundan hazırlanmış onlarla müxtəlif çeşidli təam qonaqlara təqdim olunub.

Həmçinin müxtəlif tədbirlər, idman oyunları keçirilib, yerli kənd məhsullarından ibarət satış yarmarkası təşkil edilib, əl işlərindən ibarət sərgilər və rəsm əsərləri nümayiş olunub. Ən dadlı təamlar hazırlayan aşpazlar tədbirdə qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirin ən maraqlı hissələrindən biri də qədim toy adətlərimizi əks etdirən simvolik toy mərasiminin keçirilməsi olub.

Festival boyu geniş konsert proqramı təqdim edilib.

Sonda möhtəşəm atəşfəşanlıq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.