REGİONLAR


Biləsuvarda M.İbrahimov adına lisey-məktəb kompleksini bitirən şagirdlərin hamısı ali məktəblərə qəbul olub

Biləsuvar, 20 avqust, Mahir Babayev, AZƏRTAC

Bu il ümumtəhsil məktəblərini bitirən biləsuvarlı şagirdlərdən 28 nəfəri 600-dən çox bal toplayıb.

Rayon Təhsil Şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2018-2019-cu tədris ilində rayonda fəaliyyət göstərən 27 tam orta məktəbi 748 şagird bitirib. Onlarda 492 nəfəri respublikamızın müxtəlif ali təhsil müəssisələrinə sənəd verib. Məzunlardan 262 nəfəri test tapşırıqlarını düzgün cavablandıraraq tələbə adını qazanıb. Onlardan 28-i 600-dən çox, 36 nəfəri isə 500-600 arası bal toplayıb.

Rayon üzrə ən yüksək nəticəni Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan bağça-lisey-məktəb kompleksinin məzunları qazanıb. Məktəbi bitirən 31 məzunun hamısı qəbul imtahanlarında uğurla iştirak edərək, ali məktəblərdə oxumaq hüququ qazanıblar. Məzunlar arasında ən yüksək balı da elə bu məktəbin şagirdi Emin Əliyev qazanıb. O, 690 bal toplayaraq Azərbaycan Diplomatiya Akademiyasının tələbəsi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.