REGİONLAR


Biləsuvarda “Şəhərimizi təmiz saxlayaq” aksiyasına start verilib

Biləsuvar, 19 sentyabr, Mahir Babayev, AZƏRTAC

Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Şəhərimizi təmiz saxlayaq” devizi ilə keçirilən aksiyaya start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində rayonda fəaliyyət göstərən könüllü gənclər Biləsuvar şəhərinin təmiz saxlanılması ilə bağlı əhali arasında maarifləndirmə işləri apararaq bu sahədə görülən işlərlə əlaqədar sakinlərə bildirişlər paylayıblar.

Gənc könüllülər, həmçinin yüzlərlə sakinin evinə gedərək onlara aksiya barədə ətraflı məlumat veriblər.

Aksiya rayonda mütəmadi olaraq davam etdiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.