REGİONLAR
Biləsuvarda ağacəkmə aksiyası: 5 minə yaxın ağac və gül kolu əkilib
Biləsuvar, 10 may, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən ağacəkmə aksiyasında 5 minə yaxın ağac və gül kolu əkilib.
AZƏRTAC xəbər verir ki, kənd və qəsəbələri, eləcə də Biləsuvar şəhərini əhatə edən aksiya zamanı küçə və məhəllələrdə, park və xiyabanlarda ağac və gül kolları əkilib, yaşıllıqlara qulluq göstərilib. Aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri ilə yanaşı, rayon sakinləri, veteran və gənclər də fəal iştirak ediblər.
Ağacəkmə aksiyası çərçivəsində magistral avtomobil yollarının kənarlarında 1000 ədəddən çox ağac, şəhərin park və küçələrində isə 4000-dək bəzək və gül kolu əkilib.
Biləsuvarın təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq əkilən ağaclar, gül kolları xüsusi maşınlar vasitəsilə suvarılıb, qoruyucu zolaqlar çəkilib.