REGİONLAR


Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib

Biləsuvar, 27 iyun, Mahir Babayev, AZƏRTAC

Biləsuvar ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayon mərkəzi xəstəxanasının yaxınlığında qeydə alınıb.

“Lada Priora” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində rayonun İsmətli kənd sakinləri Şükufə Tağıyeva və Güllübəyim Hüseynova hadisə yerində həlak olublar. Qəza nəticəsində xəsarət alanlar rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.