REGİONLAR


Biləsuvarda arpa sahələrindən 33 min 966 ton məhsul yığılıb

Biləsuvar, 6 iyul, Mahir Babayev, AZƏRTAC

Biləsuvarda taxıl biçini uğurla davam edir. Fermerlər məhsul yığımını qısa müddətdə və itkisiz başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.

Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il biləsuvarlı taxılçılar 28 min hektar sahədə taxıl becəriblər. Bitkiyə aqrotexniki qaydada qulluq edildiyindən sahələrdə bol məhsul yetişib. Məhsul yığımına mütəşəkkil başlayan əkinçilər qısa müddətdə arpa biçinini başa çatdırıblar. Fermerlər biçin apardıqları 13 min 64 hektar sahədən 33 min 966 ton arpa götürüblər. Hazırda məhsul istehsalçıları buğda sahələrinin məhsulunu yığırlar. Bu günə kimi biçin aparılmış 13 min hektar buğda zəmisindən 41 min 430 ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı orta hesabla 30 sentnerə çatır. Ayrı-ayrı təsərrüfatlarda isə məhsuldarlıq ümumi rayon səviyyəsindən xeyli yüksək olub. Fermer Valeh Seyfiyev becərdiyi 55 hektar taxıl sahəsinin hər hektarından 60 sentner məhsul götürərək digər torpaq mülkiyyətçilərindən fərqlənib.

Rayonda taxıl biçini yaxın günlərdə yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.