REGİONLAR
Biləsuvarda avtomobildən yarım kiloqramdan artıq heroin və psixotrop maddə aşkarlanıb
Biləsuvar, 6 avqust, Mahir Babayev, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini Cahid Abdullayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən baxış zamanı onun idarə etdiyi avtomobildən yarım kiloqramdan artıq heroin və 7 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:09]
Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]