REGİONLAR
Biləsuvarda bu günədək bağlardan 3 min tonadək meyvə yığılıb
Biləsuvarda, 20 sentyabr, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda meyvə yığımı uğurla davam edir. Ötən il bağlardan 2 min 693 ton məhsul toplayan biləsuvarlı bağbanlar cari ildə də bağlarda bol məhsul yetişdiriblər.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məhsul yığımına mütəşəkkil başlayan bağbanlar cari ilin 8 ayında rayonda mövcud olan 1509 hektar meyvə bağından 2 min 941 ton meyvə toplayıblar, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 244 ton çoxdur. Yığılmış məhsulun 196 tonunu alma, 315 tonunu armud, 261 tonunu ərik, 94 tonunu albalı, 362 tonunu gavalı, 749 tonunu alça, 17 tonunu gilas, 105 tonunu şaftalı, 86 tonunu fındıq, 607 tonunu isə sair meyvələr təşkil edib.
Rayonda meyvə yığımı davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]