REGİONLAR


Biləsuvarda əhalinin içməli su problemi həll edilir

Biləsuvar, 19 sentyabr, Mahir Babayev, AZƏRTAC

“Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi”nə əsasən şəhərə içməli su xətti çəkilərək 2013-cü ildə istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Biləsuvar şəhərinin kanalizasiya şəbəkəsinin yenidən qurulması işləri isə tam başa çatdırılmadığından uzun illər ərzində əhalinin ən çox narazılıq etdiyi sahələrdən biri olub.

Ayrı-ayrı küçələrə çəkilmiş yardımçı xətlərin bir çoxu magistral xətlə birləşdirilmədiyindən əhalinin qanunsuz olaraq bu xətlərə qoşulması ilə çirkab suları küçələrə axaraq infeksiya mənbələri yaradıb.

Biləsuvar Rayon İcra Hakimiyyətinin müraciəti əsasında “Azərsu” ASC tərəfindən mövcud problemin aradan qaldırılması işlərinə başlanılıb.

Hazırda yardımçı xətlərdə yeni nasoslar quraşdırılır və yeraltı borular vasitəsilə magistral xəttə birləşdirilir. Nasosların axan çirkab suları magistral xəttə ötürməsi nəticəsində xətlərdə heç bir yığıntı yaranmayacaq.

Qarşıdan payız fəslinin gəlməsini nəzərə alaraq aparılan işlər daha da sürətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.