İQTİSADİYYAT


Biləsuvarda elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər görülür

Bakı, 7 sentyabr (AZƏRTAC). Biləsuvar rayonunda istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görülür. Bu ilin son üç ayında mövsümə hazırlıqla əlaqədar bir sıra təmir-quraşdırma işləri həyata keçirilib.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyul ayında “Biləsuvar” Elektrik Şəbəkəsi Müəssisəsində 8,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 1,1 milyon kilovat-saata yaxın azalıb. Ay ərzində daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 570 min kilovat-saat artaraq 3 milyon kilovat-saatdan çox olub. Ötən 7 ayda isə müəssisə üzrə istehlak 56,7 milyon kilovat-saatdan artıq təşkil edib.

Bu dövrdə keçirilmiş reydlər zamanı elektrik enerjisindən istifadə qaydalarının pozulması ilə bağlı faktlar aşkar edilərək müvafiq qaydada aktlar tərtib olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.