REGİONLAR


Biləsuvarda hemofiliya və talassemiyalı xəstələr üçün qan verilib

Biləsuvar, 10 sentyabr, Mahir Babayev, AZƏRTAC

Biləsuvarda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə qanvermə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə şəhərdəki “Cümə” məscidində keçirilən humanitar aksiyada rayonun icra strukturlarının nümayəndələri, şəhər sakinləri və gənclər fəallıq nümayiş etdiriblər.

Mərkəzi Qan Bankı və rayon mərkəzi xəstəxanasının tibb heyəti könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürüblər. Gün ərzində davam edən humanitar aksiya çərçivəsində 100 nəfər donordan qan götürülüb. Tədarük olunan qan nümunələri Mərkəzi Qan Bakının laboratoriyasında yoxlanıldıqdan sonra irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.