REGİONLAR


Biləsuvarda heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb

Biləsuvar, 29 aprel, Mahir Babayev, AZƏRTAC

Əsasən kənd təsərrüfatı rayonu olan Biləsuvarda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindəndir. Dövlət tərəfindən heyvandarlığın inkişafına verilən hərtərəfli dəstək nəticəsində bu sahədə fəaliyyət göstərən fermerlərin sayı ilbəil artır. Maldarlar istehsaldan əldə etdikləri mənfəət hesabına təsərrüfatlarını genişləndirir, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirirlər. Bu da rayonda mal-qaranın baş sayının çoxalmasına, məhsul artımına öz müsbət təsirini göstərir.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 40 min 385 baş iribuynuzlu mal-qara, 136 min 298 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə, ümumilikdə, 983 baş çoxdur. Naxırda ana inək və camışların sayı 19 min 525 baş təşkil edir.

Cari ilin üç ayı ərzində rayonun heyvandarlıq təsərrüfatlarında 1873,6 ton ət (diri çəkidə), 6 min 749 ton süd və 4 milyon 567 min ədəd yumurta istehsal olunub ki, bu da ötən ilin eyni dövründə istehsal olunan ətdən 39,2 ton, süddən 61,8 ton, yumurtadan isə 124 min ədəd çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.