REGİONLAR


Biləsuvarda ilin doqquz ayında süni mayalanma yolu ilə 498 baş buzov alınıb

Biləsuvar, 23 oktyabr, Mahir Babayev, AZƏRTAC

Biləsuvarda aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində ət və süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.

Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə baş ətlik və südlük istiqamətli düyələr gətirilib, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda 5 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Ötən il bu məntəqələrdə mütəxəssislər tərəfindən mayalanma aparılan 1097 baş inək və camışdan 498 baş bala alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24 baş çoxdur. Süni mayalanma yol ilə alınan buzovlara görə mal sahiblərinə 49 min 800 manat subsidiya ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.