REGİONLAR


Biləsuvarda ilk dəfə hindtoyuğu festivalı keçirilib

Biləsuvar, 27 noyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Biləsuvarda ilk dəfə olaraq hindtoyuğu festivalı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalda hindtoyuğundan hazırlanmış yerli təamlar nümayiş olunub.

Festivalda respublikanın 50 nəfərdən ibarət ən məşhur aşpaz və dequstatoru da iştirak edib.

Səhər saatlarından başlayan festival çərçivəsində müxtəlif tədbirlər, yerli kənd məhsullarından təşkil olunmuş satış yarmarkaları, rəsm sərgiləri, peşə təmayüllü şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib.

Sonda ən yaxşı dadlı təamları hazırlayan biləsuvarlılar xüsusi hədiyyələrlə mükafatlandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.