REGİONLAR


Biləsuvarda indiyədək 14 min hektar sahədə taxıl əkilib

Biləsuvar, 3 dekabr, Mahir Babayev, AZƏRTAC 

Biləsuvarda payızlıq taxıl əkini davam edir. Səpin kompaniyasına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri işi optimal müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.

Biləsuvar Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, yerli fermerlər cari ildə zəmilərdən 83 min ton məhsul götürüb. Biçin aparılmış sahələrin hər hektarının məhsuldarlığı 33,5 sentner olub. Əkinçilər növbəti təsərrüfat ilində də yüksək məhsuldarlığa nail olmaq üçün səpinə vaxtında başlayıblar. İşin yaxşı təşkili nəticəsində fermerlər az müddətdə 24 min 150 hektar sahəyə toxum səpiblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 305 hektar çoxdur. Səpin aparılmış sahələrin 13 min 150 hektarını arpa, 11 min hektarını isə buğda sahəsi təşkil edir.

Qeyd edək ki, bu il Biləsuvarda 28 min hektar sahədə payızlıq taxıl əkininin aparılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.