REGİONLAR


Biləsuvarda meyvə bağlarından 6 min tondan çox məhsul yığılıb

Biləsuvar, 21 noyabr, Mahir Babayev, AZƏRTAC

Biləsuvarda meyvə yığımı uğurla davam edir. Ötən il bağlardan 9 min 861 ton məhsul toplayan biləsuvarlı bağbanlar cari ildə də bağlarda bol məhsul yetişdiriblər.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, məhsul yığımına mütəşəkkil başlayan bağbanlar cari ilin ötən ayları ərzində rayonda mövcud olan 1508.8 hektar meyvə bağından 6 min 81 ton meyvə toplayıblar. Yığılmış məhsulun 210 tonunu alma, 324 tonunu armud, 264 tonunu ərik, 96.4 tonunu albalı, 989.3 tonunu alça, 173 tonunu gilas, 364 tonunu gavalı, 107.1 tonunu şaftalı, 84 tonunu fındıq, 2 min tonunu nar, 732.7 tonunu heyva, 1 tonunu limon, 2 tonunu feyxua, 16 tonunu xurma təşkil edib. Bağbanlar, həmçinin bağlardan 232.2 ton giləmeyvə də toplayıblar.

Rayonda meyvə yığımı ilin sonunadək davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.