REGİONLAR


Biləsuvarda ötən il 8 min tondan çox ət istehsal olunub

Biləsuvar, 1 fevral, Mahir Babayev, AZƏRTAC

Biləsuvar rayonunun heyvandarlıq təsərrüfatlarında mal-qaranın baş sayı və məhsul istehsalı ilbəil artır.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonun heyvandarlıq təsərrüfatlarında 40 min 113 baş iribuynuzlu mal-qara və 139 min 369 baş qoyun-keçi saxlanılır. Sürüdə davarların baş sayı 2017-ci ildəkinə nisbətən 442 baş çoxdur. Təsərrüfatlarda mal-qara və qoyun-keçinin artması məhsul istehsalında da özünü göstərir. Ötən il rayonda 8 min 14 ton ət, 27 min 500 ton süd, 109,9 ton yun istehsal olunub. Ət istehsalı 2017-ci ildə istehsal olunan məhsuldan 1094 ton çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.