REGİONLAR
Biləsuvarda pambıq tarlalarında çiyid səpini yekunlaşır
Biləsuvar, 24 may, İlkin Adıyev, AZƏRTAC
Respublikamızın iri pambıqçılıq rayonlarından olan Biləsuvarda artıq çiyid səpini başa çatmaq üzrədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon pambıqçıları tərəfindən bu il müqavilə əsasında əkilməsi nəzərdə tutulmuş 6894,8 hektar sahədən 6555,9 hektarında çiyid səpini başa çatdırılıb.
Rayon üzrə çiyid səpininin 1425,9 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1691 hektarı “Azərpambıq” MMC, 1170 hektarı “P-Aqro” MMC, 542 hektarı “Aztəsərrüfat” MMC və 1727 hektarı isə “Cotton Trade” MMC ilə müqavilə əsasında həyata keçirilib.
Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.
Bu günədək 4850 hektar sahədə çıxış alınıb, erkən səpilən pambıq sahələrində becərmə işlərinə başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]