İDMAN


Biləsuvarda poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyinə yekun vurulub

Bakı, 11 oktyabr, AZƏRTAC

Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə poliatlon çöxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, yarışda 21 məktəb komandasından ümumilikdə 105 gənc iştirak edib.

Yarış 4 növçülük – 100, 2000 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbaraatma üzrə keçirilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Bağbanlar kənd tam orta məktəbin komandası birinci olub. Biləsuvar Peşə Liseyinin komandası yarışı ikinci, Xırmandalı kənd 1 nömrəli tam orta məktəbin şagirdləri isə üçüncü pillədə başa vurublar.

Yarış Beynəlxalq Poliatlon Çöxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.