REGİONLAR
Biləsuvarda qanvermə aksiyası: “Sən də bizə qoşul, qan ver, həyat qurtar!”
Biləsuvar, 2 iyun, İlkin Adıyev, AZƏRTAC
Biləsuvar rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirlər çərçivəsində Biləsuvar Rayon İcra Hakimiyyətinin, Milli Hematologiya və Transfuziologiya Mərkəzi Qan Bankı bölməsinin və “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Sən də bizə qoşul, qan ver, həyat qurtar!” adlı aksiyada Biləsuvar Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların kollektivləri, icra nümayəndələri və bələdiyyələr, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, olmaqla, 194 donordan qan götürülüb.
Qeyd edək ki, Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]