REGİONLAR
Biləsuvarda qapı-pəncərə sexindən oğurluq edən şəxs saxlanılıb
Biləsuvar, 2 dekabr, Bağır Əliyev, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qapı-pəncərə sexlərindən birindən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Biləsuvar rayonunun ərazisindəki qapı-pəncərə sexlərindən birindən müxtəlif adda ümumilikdə 1790 manat dəyərində qapı və pəncərə düzəltmək üçün istifadə olunan avadanlıqların oğurlanması ilə bağlı rayon polis şöbəsinə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Biləsuvar şəhər sakini S. Abdallı olduğu müəyyən edilib. Oğurlanmış avadanlıqların bir qismi həmin şəxsdən aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırmalar aparılır.