REGİONLAR


Biləsuvarda qaydaları pozan piyadalar cərimələnib

Biləsuvar, 3 may, Mahir Babayev, AZƏRTAC

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də yollarda piyadaların həyat və sağlamlığının qorunması məqsədilə Dövlət Yol Polisinin əməkdaşları tərəfindən reydlər təşkil olunur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə piyadaların daha sıx istifadə etdiyi yollarda, təhsil, tibb və digər müəssisələrin qarşısında təşkil olunan reydlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyən piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb.

Piyadalara həyat və sağlamlıqlarının qorunması üçün qaydalara riayət etmələrinin vacibliyi izah edilib. Xəbərdarlıqlara rəğmən piyada keçidlərindən düzgün istifadə etməməklə özlərinin həyatı ilə bərabər digər hərəkət iştirakçıları üçün də real təhlükə yaradan piyadalar barəsində İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinin tələbinə uyğun olaraq inzibati protokol tərtib olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.