REGİONLAR
Biləsuvarda sahibkarlar üçün treninq keçirilib
Bakı, 15 may, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Biləsuvar rayonunda fəaliyyət göstərən "Biləsuvar Aqro" MMC-də sahibkarlar üçün treninq keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları", "Made in Azerbaijan" brendinin yaradılması və inkişafı" mövzularını əhatə edən treninqdə iştirakçılara ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracın stimullaşdırılması tədbirləri və tətbiq edilən güzəştlər, ixracyönümlü məhsulların istehsalı, brendləşmənin məhsul ixracının artırılmasında rolu, "Made in Azerbaijan" brendinin yaradılması və s. barədə məlumat verilib. Bununla yanaşı, tədbir iştirakçıları apelyasiya şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları, eləcə də İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərlə bağlı məlumatlandırılıb.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.