REGİONLAR
Biləsuvarda tədarük olunan pomidor və xiyarın 124 tonu istixanalardan yığılıb
Biləsuvar, 30 iyul, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda bu mövsüm 765,4 hektar sahədə pomidor və xiyar əkilib ki, bunun da 655,4 hektarı pomidor, 110 hektarı isə xiyar sahəsidir. Məhsul istehsalçıları əkin sahəsində nümunəvi becərmə işləri apardıqları üçün plantasiyalarda məhsul çoxdur.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari il biləsuvarlı əkinçilər erkən yazda ümumilikdə 765,4 hektar sahədə pomidor və xiyar bitkisi becəriblər. Məhsul yığımına vaxtında başlayan torpaq sahibləri indiyədək 655,4 hektar pomidor sahəsinin 39,2 hektarından 1454 ton, 110 hektar xiyar sahəsinin 46,5 hektarından isə 1092,5 ton məhsul toplayıblar. Pomidor sahəsinin hər hektarının məhsuldarlığı 370,9 sentner, xiyar sahəsininki isə 234,4 sentner olub. Yığılan pomidor və xiyarın 124,4 tonu istixana komplekslərindən toplanılıb. Rayonda tərəvəz yığımının sürəti günbəgün artır. Fermerlər gün ərzindən 40-45 hektar sahənin məhsulunu yığırlar.
Qeyd edək ki, biləsuvarlı əkinçilərin yarım ildə istehsal etdiyi pomidor və xiyar ötən ilin eyni dövrü ilə müqayisədə 1459,9 ton çoxdur.