REGİONLAR
Biləsuvarda təşkil olunmuş əmək yarmarkası 70-dən çox qadını və 20 şirkəti bir araya gətirib
Bakı, 19 noyabr, AZƏRTAC
Noyabrın 18-də Biləsuvar rayonunda təşkil olunmuş əmək yarmarkası 70-dən çox iş axtaran qadını və 20 yerli şirkəti bir araya gətirib.
AZƏRTAC xəbər verir ki, dövlət qurumları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin əsas məqsədi işsiz qadınları təhsil və bacarıqlarına əsasən işəgötürən şirkətlərlə görüşdürmək və onlara iş tapmaqda kömək etmək olub.
Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) maliyyələşdirdiyi layihəni bu təşkilatlarla bərabər, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti (RİQC) birgə həyata keçiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]