Biləsuvarda ümumi məhsul buraxılışının həcmi 1,3 faiz artıb
AzerTAg.az
Biləsuvar, 18 fevral, Mahir Babayev, AZƏRTAC
Ötən il Biləsuvar rayonunda ümumi məhsul buraxılışının həcmi 2019-cu illə müqayisədə faktiki qiymətlərlə 1,3 faiz və ya 5195.1 min manat artaraq 419497,2 min manata çatıb. İstehsal sahələrinin ümumi məhsul buraxılışında xüsusi çəkisi 77,6 faiz, xidmət sahələrinin xüsusi çəkisi isə 22,4 faiz olub. 2020-ci ildə 2019-cu illə müqayisədə istehsal sahəsində 1,8 faiz artım qeydə alınıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Biləsuvar Rayon Statistika İdarəsinin rəisi Kazım Mənsimov məlumat verib.
Bildirilib ki, 2020-ci ildə rayon üzrə ümumi məhsul buraxılışı sənaye sahəsi üzrə 114512.1 min manat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə 132227.1 min manat, tikinti sahəsi üzrə 78633.3 min manat, nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə 1829.7 min, informasiya və rabitə sahəsi üzrə 699,6 min manat, ticarət xidmətləri sahəsi üzrə isə 91595.4 min manat olub.
Ötən il kənd təsərrüfatı üzrə məhsul buraxılışının həcmi 132227.1 min manat təşkil edib ki, bunun da 46131.1 min manatı heyvandarlıq, 86096 min manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Xəbərin mətnində orfoqrafik səhv var