REGİONLAR


Biləsuvarda yol polisi ictimai nəqliyyatda reyd keçirib

Biləsuvarda yol polisi ictimai nəqliyyatda reyd keçirib

Biləsuvar, 21 avqust, Bağır Əliyev, AZƏRTAC

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxsləri, eləcə də xüsusi karantin rejiminin tələblərini pozaraq müəyyən edilmiş normadan artıq sərnişin götürən sürücüləri aşkarlamaq məqsədilə reyd keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Biləsuvar rayonu daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində keçirilən reyd zamanı bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

Polis əməkdaşları tərəfindən onlarla maarifləndirmə söhbətləri aparılıb, tibbi maskadan istifadənin zəruriliyi diqqətə çatdırılıb, ictimai nəqliyyatdan istifadə edən sakinlərə tibbi maskalar paylanıb.

Reyd zamanı, həmçinin avtobuslarda normadan artıq sərnişin götürən sürücülərə ciddi xəbərdarlıq edilib. Edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozan sürücülər barəsində isə müvafiq qaydada protokollar tərtib olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.