REGİONLAR


Biləsuvarın ümumtəhsil məktəblərində “Zəfər” vətənpərvərlik klubları fəaliyyət göstərəcək

Biləsuvar, 9 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi”nin qalib olmuş “Biləsuvar rayonunun məktəblərində “Zəfər” vətənpərvərlik klubunun təsis edilməsi” layihəsinin təqdimatı keçirilib.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, Təhsil Nazirliyinin əməkdaşları, layihə rəhbəri və müəllimlər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən layihə rəhbəri Nazim Sadıqov rayonun ümumtəhsil məktəblərində “Zəfər” vətənpərvərlik klublarının yaradılmasından danışıb, bu klublarda mütəmadi olaraq vətənpərvərliyi təbliğ edən tədbirlərin təşkil olunacağını, şagirdlərə vətənpərvərlik hisslərinin aşılanacağını bildirib.

Bu məqsədlə 10 nəfərdən ibarət işçi qrupunun yaradıldığını söyləyən N.Sadıqov, məktəblərdə layihə ilə bağlı maarifləndirmə və təbliğat işlərinin aparılacağını diqqətə çatdırıb.

Klublar bir ay fəaliyyət göstərdikdən sonra ilk dəfə noyabrın 8-də - Zəfər Günündə rayon ictimaiyyətinə təqdim olunacaq. Rayonun 34 məktəbi üzrə 34 klub rəhbəri və 272 şagird vahid formada və formatda yürüşdə iştirak edəcək.

Yanvarın 17-dək davam edəcək layihə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən dəstəklənir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.