Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Biləsuvarlı pambıqçıların builki hədəfi 35 sentnerə yaxın məhsuldarlıq əldə etməkdir - REPORTAJ VİDEO

Biləsuvar, 25 sentyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Biləsuvarda pambığın kütləvi yığımına başlanılıb. Son illər bu sahəyə göstərilən yüksək dövlət qayğısı Biləsuvarı ölkənin pambıqçılıq rayonları arasında qabaqcıl təcrübənin ünvanına çevirib. Builki mövsümdə fermerlər 10 min 500 hektara yaxın sahədə bol məhsul yetişdiriblər.

AZƏRTAC xəbər verir ki, ötən il rayon pambıqçıları “ağ qızıl”dan 15 milyon manata yaxın gəlir əldə ediblər. Bundan əlavə, fermerlərə həm də toplanmış məhsula görə 2 milyon manatdan çox subsidiya verilib. Becərmə işlərinin yüksək aqrotexniki tələblər səviyyəsində aparılmasının nəticəsidir ki, hazırda tarlalarda bol məhsul var. Böyük zəhmət bahasına yetişdirilmiş bol məhsulu tez və itkisiz yığmaq üçün rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin nəzarəti ilə bütün qüvvələr səfərbər edilib. Fermerlərin builki hədəfi 35 sentnerə yaxın məhsuldarlıq əldə etməkdir. Sahələrdə əsasən Türkiyədən gətirilmiş yüksək məhsuldar pambıq sortları əkilib. Bu sortların özəllikləri zərərvericilərə qarşı davamlılığı, eləcə də, becərmə prosesində suya tələbatının az olmasıdır.

Bu il “MKT İstehsalat Kommersiya” MMC-nin Biləsuvar filialı pambıq əkini üçün 900 fermerlə müqavilə bağlayıb. Yığım mövsümünədək fermerlərə becərmə işlərinə görə 3 milyon 120 min manat avans verilib.

Filialın direktoru Qulamhüseyn Əliyev deyib: “Ötən il biz 3350 hektar sahədə pambıq əkmişdik, hədəfimiz yüksək nəticə göstərmək idi. Bu hədəfə buna nail olduq. Hər hektardan 28 sentner pambıq yığıb təhvil verdik. Bu il isə əkin sahəsini genişləndirərək 4100 hektara çatdırmışıq. Yeni hədəfimiz 30 sentner və ondan da yüksək məhsuldarlığa nail olmaqdır. Sahələrdə məhsul boldur. Hədəfimizə nail olub, növbəti dəfə yüksək nəticə göstrərəcəyik”.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov bildirib ki, Azərbaycanda bu il 20 rayonda 100 min hektar sahədə pambıq əkilib. Pambıqçılara həsr olunan müşavirələrdə qeyd olunduğu kimi, bu il tarlalarda məhsul kifayət qədər bol olacaq.

Vüqar Hüseynov, həmçinin əlavə edib ki, dövlət pambıq əkini zamanı sahələrə verilən gübrənin qiymətinin 70 faizini subsidiyalaşdırır, fermerlər gübrəni dəyərin yalnız 30 faizini ödəməklə əldə edirlər. Hazırda istehsalçıların tədarükçülərə təhvil verdikləri xam pambığın hər 1 kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat subsidiya ödənilir: “Ötən ilin sonunda Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin emal müəssisələri ilə keçirdikləri görüş nəticəsində pambığın alış qiyməti artırıldı. Bundan başqa, dövlət pambıqçılıqda bütün sahələrə, o cümlədən becərmənin bütün mərhələlərinə subsidiya verir. Bu gün demək olar ki, nəticə etibarilə pambıqçılıq ölkədə ən gəlirli kənd təsərrüfatı sahələrindən birinə çevrilib”.

Qeyd edək ki, ölkəmizdə pambıqçılığın yeni inkişaf dövrü 2016-cı ildən başlayıb. 2016-cı ildə əkin sahələri 2,7 dəfə artırılaraq 51,4 min hektara, pambıq istehsalı isə 2,5 dəfə artaraq 89,4 min tona çatdırılıb. Azərbaycanın müstəqillik dövründə ən çox pambıq istehsalı isə 2018-ci ildə qeydə alınıb. Ötən il ölkə üzrə sahələrdən 230,4 min ton xam pambıq yığılıb. 2018-ci ildə Azərbaycanda 132,5 min hektar sahədə pambıq əkilib, 2019-cu ildə pambıq əkini sahələrinin həcmi məhsuldarlığı az olan torpaqların əkin dövriyyəsindən çıxarılması hesabına 100,1 min hektaradək azaldılıb. Bu addım pambıqçılıqda orta məhsuldarlığı artırmağa, pambıq əkini dövriyyəsindən çıxarılmış torpaqları daha səmərəli istifadə etməyə imkan verəcək.

Biləsuvarlı pambıqçıların builki hədəfi 35 sentnerə yaxın məhsuldarlıq əldə etməkdir -  REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib VİDEO

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür