CƏMİYYƏT


Bilgəh çimərliyinə yaxın ərazi məişət tullantılarından təmizlənib

Bakı, 2 iyul, AZƏRTAC

Bilgəh çimərliyinə yaxın sahəyə məişət tullantılarının atılması barədə daxil olan fotogörüntüdəki ərazi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Sabunçu Rayon MKTB-yə məcburi göstəriş verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.