MƏDƏNİYYƏT
Bilgəh gəncləri öz günlərini qeyd ediblər
Bakı, 2 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bilgəh qəsəbə Mədəniyyət evinin iştirakı ilə 142 nömrəli tam orta məktəbdə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə gəncləri əlamətdar gün münasibətilə təbrik edən Mədəniyyət evinin direktoru Rafiq İsgəndərov bildirib ki, bu günün qeyd edilməsi ümummilli lider Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Qeyd edib ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb. Ümummilli Liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq ölkəmizdə təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Tədbir ədəbi-bədii hissə ilə davam edib.