REGİONLAR


Bilik Fondu Astaranın gənc rəssamlarını mükafatlandırıb

Astara, 6 avqust, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara şəhərindəki Heydər Əliyev Mərkəzində keçirdiyi tədbirdə Astara Bilik Evində həyata keçirilən maarifləndirici layihələrdə fəal iştirakına görə və Astara Bilik Evinin yaradılmasının birinci ildönümü münasibətilə gənclərin bir qrupuna təşəkkürnamə, “İl boyu bilik” proqramı üzrə “Rəssamlıq” dərnəyinin məşğələlərini uğurla başa vurmuş dərnək üzvlərinə isə sertifikatlar verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Bilik Fondunun informasiya təminatı sektorunun aparıcı mütəxəssisi Abbas Əliyev, Astara Bilik Evinin direktoru Yasəmən Rəsulova və Astara şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova mükafat alan gəncləri təbrik edərək, onlara ən xoş arzularını çatdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.