ELM VƏ TƏHSİL


Bilik Fondu İzmir Kitab və Kağız Sənətləri Muzeyində

Bakı, 19 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə Əməkdar Jurnalist Namiq Əhmədovun Türkiyənin məşhur İzmir Kitab və Kağız Sənətləri Muzeyində kollektivlə və muzeyin yaradıcısı, araşdırmaçı alim Nedim Sönməzlə görüşü keçirilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə “Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycanda kitab nəşri” mövzusunda mühazirə muzey əməkdaşları tərəfindən böyük maraqla qarşılanıb.

Bildirilib ki, 1918-ci il mayın 28-də Şərqdə demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika – Azərbaycan Xalq Cümhuriyyəti az bir vaxtda parlamenti, hökuməti, ordusu, gömrük və hüquq mühafizə orqanları olan, dövlət rəmzlərinə malik, vətəndaş hüquqlarını hər şeydən uca tutan demokratik, dünyəvi və unitar dövlətə çevrildi. Həmçinin mətbuat və söz azadlığının təmin edilməsi Cümhuriyyətin demokratik dəyərlərə verdiyi önəmin təzahürü idi. Bu dövrün mətbuatın inkişafında, kitab nəşrində yeni bir mərhələ təşkil etdiyi, senzuranın aradan götürülməsinin nəşr işində mühüm bir addım olduğu diqqətə çatdırılıb.

Görüşdə araşdırmaçı-alim Nedim Sönməz muzeyin yaranması, kitab və kağız sənətinin tarixi, bugünkü inkişafı haqqında məlumat verib, qonağı Azərbaycanda nəşr olunan kitablar üçün ayrılmış guşə ilə tanış edib. O, eyni zamanda, hazırda Almaniyanın Drezden Muzeyində saxlanılan “Kitabi-Dədə Qorqud”un nadir nüsxəsi üzərində apardıqları tədqiqat haqqında ətraflı məlumat verib.

Nedim Sönməz Azərbaycan guşəsini yeni nəşrlərlə daha da zənginləşdirmək və burada azərbaycanlı qonaqları görmək istəyini, xüsusən də Bakıda Bilik Fondu və Miniatür Kitab Muzeyi ilə əməkdaşlıq arzusunu dilə gətirib.

Görüşün sonunda Nedim Sönməz “İzmir Kitab və Kağız Sənətləri Muzeyi” adlı nəfis tərtibatlı kitabı imzası ilə Bilik Fonduna hədiyyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.