ELM VƏ TƏHSİL


Bilik Fondu “Lider” televiziyasında ədəbi  dil normalarına dair təlimlərə başlayıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən Milli Televiziya və Radio Şurasının dəstəyi ilə reallaşdırılan “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində “Lider” televiziyasında ilk təlim keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, təlimdə “Lider” televiziyasında çalışan gənc aparıcı və reportyorlar iştirak ediblər.

Təlimdə Bilik Fondunun informasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova iştirakçılara layihə barədə ətraflı məlumat verib. Bildirilib ki, son zamanlar ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinq nəticələri telekanallarda ədəbi dil normalarının pozulduğunu deməyə əsas verir. Layihə çərçivəsində tanınmış dilçilərin, təcrübəli jurnalistlərin iştirakları ilə televiziya və radio şirkətlərində gənc reportyorlar, müxbir və redaktorlar üçün təlimlər, ustad dərsləri keçirilir.

“Lider” televiziyasında layihə üzrə ilk təlimçisi, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qazıyeva Azərbaycan teleməkanında ədəbi dil normalarının qorunması qaydaları barədə məlumat verib. Konkret nümunələrlə gənc reportyor və aparıcıların nitqindəki fonetik, leksik, qrammatik və üslubi qüsurları təhlil edən N.Qazıyeva problemlərin aradan qaldırılması yollarını göstərib.

İnteraktiv formatda keçən təlimdə N.Qazıyeva sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.