ELM VƏ TƏHSİL


Bilik Fondu Samuxda “Qoy həmişə sülh olsun!” mövzusunda “dəyirmi masa” təşkil edib

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də Samux şəhər 3 nömrəli tam orta məktəbində 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunan “Qoy həmişə sülh olsun!” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Samux rayonu üzrə nümayəndəsinin təşəbbüsü ilə rayon təhsil şöbəsi tərəfindən təşkil olunub.

Fonddan AZƏRTAC-a bildiriblər ki, Bilik Fondunun yerli nümayəndəsi Nuridə Həsənova Beynəlxalq Sülh Günü barədə görüş iştirakçılarına məlumat verib. Qeyd edilib ki, Azərbaycan ilə Ermənistan arasında atəşkəs sazişinin imzalanmasından 24 il keçir. Ermənistan isə hələ də BMT Təhlükəsizlik Şurasının münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə qəbul etdiyi dörd qətnaməyə etinasız yanaşır və ermənilər tərəfindən atəşkəsin mütəmadi pozulması halları baş verir. Bu gün qüdrətli və güclü orduya malik Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev münaqişənin sülh yolu ilə həlli istiqamətində əməli işlər görür.

Təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllimləri Azərbaycanın dünyada sülhpərvər ölkə kimi tanındığını faktlarla diqqətə çatdırıblar.

Sonda şagirdlərin hazırladıqları bədii kompozisiya nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.