Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Bilik günü muxtar respublikada çoxsaylı tədbirlərlə qeyd edilib

Naxçıvan, 16 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının ali və orta təhsil müəssisələrində, şəhər və rayonlarında Bilik günü qeyd olunub.

Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti və birinci kurs tələbələri əvvəlcə Naxçıvan Dövlət Bayrağı Muzeyini ziyarət ediblər.

Universitetdə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tələbələrə yeni tədris ilində uğurlar arzulayıb, ümummilli lider Heydər Əliyevin milli təhsil sisteminin inkişafına göstərdiyi qayğıdan, ölkəmizdə, o cümlədən muxtar respublikada gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan münbit şəraitdən danışıb. Yarıməsrlik tarixi inkişaf yolu keçən Naxçıvan Dövlət Universitetinin ölkənin qabaqcıl ali təhsil ocaqlarından biri olduğunu vurğulayan Saleh Məhərrəmov qazanılan uğurların muxtar respublikada təhsilə göstərilən yüksək diqqət və qayğının təzahürü olduğunu bildirib. Universitetin artan nüfuzunun nəticəsidir ki, cari ildə qəbul planı 92,2 faiz yerinə yetirilib.

Tədris şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov “Təhsildə kredit sistemi” adlı məruzəsində universitetdə fənlər üzrə biliyin kredit sistemi ilə qiymətləndirilməsi, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları haqqında ətraflı məlumat verib.

Tələbələr adından sosial idarəetmə və hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə I kurs tələbəsi, Prezident təqaüdçüsü Günnar Fərəcova, tibb fakültəsinin stomatologiya ixtisası üzrə I kurs tələbəsi Aygün Yusifova muxtar respublikada təhsilə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Universitetə yüksək balla qəbul olan gənclərə tələbə biletləri və “Naxçıvan Ensiklopediyası” təqdim olunub.

Tədbirin sonunda universitet haqqında film nümayiş etdirilib.

X X X

“Naxçıvan” Universitetində keçirilən tədbir də Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.

Tədbiri ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açaraq müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. O, Azərbaycanda ümummilli lider Heydər Əliyevin elm, təhsil strategiyasının uğurla davam etdirilməsindən, bu sahədəki mühüm nailiyyətlərdən söz açıb. Rektor ali məktəblərdə təlim və tədrisin keyfiyyətinin yüksəldilməsi, kadr potensialının, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində görülən çoxşaxəli tədbirlərə nəzər salıb.

Qeyd olunub ki, “Naxçıvan” Universiteti yüksəkixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik, beynəlxalq əlaqələrini günbəgün genişləndirən ali təhsil ocağıdır. Dörd fakültə, on beş ixtisasın fəaliyyət göstərdiyi, minə yaxın tələbənin təhsil alacağı universitetdə müasir tədris korpusları, sosial xidmət mərkəzi, yataqxana binası, kitabxana və idman zalı mövcuddur. Universitetdə tədrisin səviyyəsi yüksəldilir, ixtisas fənləri elmi dərəcəsi olan müəllimlər tərəfindən tədris edilir, müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır.

İsmayıl Əliyev deyib ki, təhsilimizin məqsədi tələbələrə elm, bilik öyrətməklə yanaşı, həm də onları yüksək mənəviyyatlı, vətənpərvər və ixtisaslı gənclər kimi yetişdirməkdir.

Universitetin tarix ixtisası üzrə I kurs tələbəsi Şövkət Xudiyeva tələbələr adından çıxış edərək təhsil alacaqları ali məktəbin adını layiqincə doğruldacaqlarına, hərtərəfli mütəxəssis və ziyalı kimi yetişəcəklərinə söz verib.

Valideynlər adından çıxış edən Əbülfəz Abdullayev muxtar respublikada təhsilə göstərilən qayğıya və “Naxçıvan” Universitetində yaradılmış şəraitə görə dövlətimizə minnətdarlıq edib.

Sonda tədbir iştirakçıları universitetin qısametrajlı tanıtım filminə baxıblar. Fakültə dekanları tərəfindən ali məktəbə yeni qəbul olunanlara tələbə biletləri təqdim edilib.

X X X

Naxçıvan şəhərindəki 11 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə də əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov açaraq, müəllim və şagirdləri Bilik günü münasibətilə təbrik edib.

Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu təhsil strategiyası Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Təkcə Naxçıvan şəhərində deyil, ucqar dağ kəndlərində də şagirdlərin istifadəsinə müasir məktəb binaları, tədris avadanlıqları, sürətli internetə çıxışı olan kompüterlər, elektron lövhələr, zəngin fonda malik kitabxanalar, idman zalları verilib. Hazırda Qaraxanbəyli kəndində 6 nömrəli tam orta məktəb binasının tikintisi davam etdirilir. Artıq demək olar ki, Naxçıvan şəhərində təmir olunmayan məktəb binası qalmayıb. Bir sözlə, gənclərin zehni və fiziki inkişafı, bilik və bacarıqlarının artırılması üçün lazımi şərait yaradılıb. Çox istərdik ki, hər bir gənc yaradılan şəraitdən səmərəli istifadə etsin, biliklərə dərindən yiyələnsin, vətənpərvər olsun, öz intellektual və yaradıcı potensialını müstəqil Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafına həsr etsin.

Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov çıxışında bildirib ki, təhsil sahəsində həyata keçirilən ardıcıl tədbirlər artıq öz bəhrəsini verməkdədir. 2017-ci ildə Naxçıvan şəhər ümumtəhsil məktəblərini bitirən 554 məzundan 495 nəfər, yəni 89,35 faiz ali və orta ixtisas məktəblərinə daxil olmaq üçün ərizə verib, onlardan 360 nəfəri, yəni 72,93 faizi ali məktəblərə, o cümlədən 4 nəfər xüsusi təyinatlı məktəblərə qəbul olunublar. 31 nəfər isə I turda müxtəlif orta ixtisas məktəblərinə daxil olub. Bu il tələbə adını qazanmış məzunlardan 60 nəfəri 500-700 intervalında bal toplayıb.

Qeyd olunub ki, yaradılan şərait daha böyük uğurlar qazanmağa imkan verir. Naxçıvan şəhərinin pedaqoji kollektivləri növbəti dərs ilində bu şəraitdən səmərəli istifadə edəcək, daha böyük uğurlara nail olacaqlar.

X X X

Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbdə keçirilən tədbiri məktəbin direktoru Sevil Hacıyeva açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov bildirib ki, muxtar respublikanın ən böyük rayonu olan Şərurda son illərdə 45-dək ümumtəhsil məktəbi, məktəbəqədər və məktəbdənkənar müəssisə tikilib, yaxud yenidən qurulub. Bu il də rayonun Ələkli, Ərəbyengicə və Qarahəsənli kəndlərində tam orta məktəb binaları tikilir, yaxud əsaslı şəkildə təmir olunur.

Vurğulanıb ki, Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbi bitirən 43 şagirdin 27-si respublikanın müxtəlif ali məktəblərinə, 4 məzun orta ixtisas məktəblərinə, 2 məzun isə hərbi liseyə qəbul olunub.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Vüsalə Ağayeva və Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbin təşkilatçı müəllimi Ramin Şükürov çıxış edib, şagirdlər Ulu Öndərə, Vətənə, müəllimə həsr olunmuş şeirlər söyləyiblər.

X X X

Bilik günü münasibətilə Ordubad rayonundakı Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elşad Məmmədov bildirib ki, ötən dərs ilində rayonun tam orta məktəblərinin XI siniflərindən 259 məzun olub. Həmin məzunların 203-ü ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib. 147 nəfər tələbə adını qazanıb. Onlardan 41-i 500-700 intervalında bal toplayıb. 11 illik təhsil bazasından 22 məzun orta ixtisas məktəblərinə qəbul olunub.

Ordubad şəhərindəki 1 və 3 nömrəli məktəblərdə, həmçinin rayonun kənd tam orta məktəblərində Bilik günü ilə əlaqədar keçirilən tədbirlər də yaddaqalan olub.

X X X

Yeni dərs ilinin başlanması münasibətilə Culfa rayonunun Əbrəqunus kənd tam orta məktəbində keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Şükür Babayev qeyd edib ki, 2016-2017-ci tədris ilində rayonun tam orta məktəblərinin XI sinfini bitirən 373 məzundan 165 nəfəri tələbə adını qazanıb. 27 məzun 500-700 arasında bal toplayıb. Culfa rayonunun ümumtəhsil məktəblərindən 13 nəfər Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.

Əbrəqunus kənd tam orta məktəbinin müəllimi Zirafər Yaqubova qeyd edib ki, məktəbi bitirən 15 nəfərdən 14 nəfəri ali məktəblərə qəbul olub.

Sonda birincilər məktəblə bağlı şeirlər söyləyiblər.

X X X

Kəngərli rayonunun Qıvraq qəsəbə tam orta məktəbində keçirilən tədbirdə məktəbin direktoru Mahmud Cavadov ötən tədris ilində təhsil ocağının əldə etdiyi uğurlardan danışıb.

Sonra Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək bildirib ki, 2016-2017-ci tədris ilində rayonun orta məktəblərini 182 məzun bitirib, onlardan 87 nəfəri tələbə adına layiq görülüb. Ali məktəblərə qəbulda 5 nəfər 600-700, 13 nəfər 500-700 intervalında bal toplayıb. 13 nəfər Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub, 14 məzun isə orta ixtisas məktəblərində təhsillərini davam etdirmək hüququ qazanıb.

Sonra Bilik günü münasibətilə şagirdlərə hədiyyələr təqdim edilib.

X X X

Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev qeyd edib ki, muxtar respublikanın hər yerində olduğu kimi, rayonda da yeni məktəb binalarının tikintisinə xüsusi diqqət yetirilir. Belə ki, Şahbuz rayonunda 23 tam orta məktəbdən 22-si müasir bina ilə təmin edilib.

Vurğulanıb ki, 2016-2017-ci tədris ilində rayonun ümumtəhsil məktəblərinin XI siniflərini bitirmiş 133 şagirddən 71-i ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 4 nəfəri 600-700, 15-i isə 500-600 intervalında bal toplayıb.

Sonra rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədov, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Mahir Babayev və məktəbin müəllimi Tərifə Məmmədova müəllim və şagirdləri Bilik günü və yeni dərs ili münasibətilə təbrik ediblər.

Sonda məktəbin fəal şagirdləri tərəfindən şeirlər bədii qiraət olunub.

X X X

Sədərək kənd 1 nömrəli tam orta məktəbində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Həbib İbrahimov qeyd edib ki, 2016-2017-ci tədris ilində rayonun ümumtəhsil məktəblərinin məzunu olan 77 şagirddən 40-ı müxtəlif ali məktəblərə qəbul olunub. Onlardan 1 nəfəri 600-700, 3 nəfəri isə 500-600 intervalında bal toplayıb. Bundan əlavə, 21 məzun orta ixtisas məktəblərinə, 19 nəfər isə Naxçıvan Tibb Kollecinə, 1 şagird Sərhəd Qoşunları Akademiyasına, 1 şagird isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub.

Sədərək kənd 1 nömrəli tam orta məktəbin direktoru Gülnarə Hüseynova çıxış edərək, dövlətimizin təhsilə göstərdiyi qayğıdan danışıb.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB VİDEO

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO