ELM VƏ TƏHSİL


Biliklərin idarə edilməsi üzrə metod və alqoritmlər işlənilib

Bakı, 26 noyabr, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev rəhbərlik etdiyi şöbədə 2022-ci il üzrə əldə olunmuş elmi nəticələr və görülmüş işlər haqqında danışıb.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Qeyd olunub ki, bu il “Education 4.0” platformasında elektron dövlətin əsas tərkib hissəsi kimi “e-learning” təhsilinin bütün forma və səviyyələrində ümumi təhsil fəzasının yaradılmasında konseptual baxışlar araşdırılıb, elektron təhsil mühitinin formalaşmasında əsas komponent kimi qiymətləndirmə göstəriciləri işlənib. Elektron tədris müəssisələrində Big Data texnologiyalarının tətbiqi məsələlərinə baxılıb, eləcə də elektron təhsil mühitində intellektual analiz metodları tətbiq edilib.

Şöbə müdiri qeyd edib ki, cari il ərzində elektron təhsil mühitinin intellektuallaşdırılması üzrə metodlar işlənilib, “Data Mining” imkanları araşdırılıb, e-təhsildə sosial şəbəkələr üzrə, eləcə də elektron tədris mühitində intellektual analiz metodlarının tətbiqinə dair araşdırmalar aparılıb və məqalələr nəşr olunub.

Daha sonra hesabata dair müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev illik hesabatla bağlı bir sıra təklif və tövsiyələrini səsləndirib, şöbədə aparılan elmi tədqiqatların nəticələrinin nüfuzlu beynəlxalq elmi jurnallarda nəşr olunmasının vacibliyini vurğulayıb.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.