DÜNYA


Bill Geyts İspaniyada tədqiqat layihəsinə sərmayə yatırır

Madrid, 13 noyabr, AZƏRTAC

Dünyanın ən varlı adamı, “Forbes” jurnalının siyahısına görə, sərvəti 75 milyard dollar (67 milyard 600 milyon avro) olan Bill Geyts İspaniyada tədqiqat layihəsinə 5 milyon avro sərmayə qoymaq qərarına gəlib. Bu vəsait Madrid Politexnik Universitetinin kənd təsərrüfatı sahəsində tədqiqatına xərclənəcək.

Biotexnologiya və Genomika Mərkəzinin rəhbəri Luis Rubionun başçılıq etdiyi layihənin məqsədi tərkibində minimum zəruri miqdarda azot gübrəsi olan taxıl əldə etməkdir. İnkişaf etmiş ölkələrdə kommersiya xarakterli azot gübrələrindən geniş istifadə olunması ekoloji təhlükə yaradır. Tədqiqatlar və eksperimentlər nəticəsində əldə olunan taxıl daha yüksək və davamlı məhsul verir və ekologiyaya təhlükə yaratmır.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.