DÜNYA


Bill Qeyts pandemiyanın Yaxın Şərq ölkələrinə trilyonlarla dollar zərər vuracağını deyib

Qahirə, 15 sentyabr, AZƏRTAC

Məşhur milyarder və filantrop Bill Qeyts bildirib ki, COVID-19 pandemiyası Yaxın Şərq ölkələrinin iqtisadiyyatına trilyonlarla dollar zərər vuracaq. O, bunu həmin ölkələrin əsas gəlir mənbəyi olan xam neftin qiymətlərinin aşağı olması, habelə beynəlxalq turizm sektorunun iflic olması ilə əlaqələndirib.

AZƏRTAC xəbər verir ki, Bill və Melinda Qeyts Fondunun təşkil etdiyi mətbuat konfransında çıxış edən milyarder qeyd edib ki, pandemiyadan ən çox zərər görən məhz Yaxın Şərq regionu olacaq. O əlavə edib ki, Beynəlxalq Valyuta Fondunun (IMF) qlobal iqtisadiyyatla bağlı proqnozu da özünü doğrultmayıb. Belə ki, IMF bütün dünya ölkələri üzrə zərərin 12 trilyon dollar olacağını bəyan edib, lakin indiyədək pandemiya şəraitində iqtisadiyyatların stimulyasiyası məqsədi ilə 18 trilyon dollardan çox vəsait xərclənib. O, həmçinin vurğulayıb ki, varlı ölkələr indidən vaksini bölüşdürməyə başlayıb və bu, yoxsul ölkələrin xalqları üçün böyük ədalətsizlik olacaq.

Dünyanın ikinci ən varlı iş adamı olan B.Qeyts inkişaf etmiş ölkələri və böyük imkanlara malik olan biznesmenləri azgəlirli təbəqələrə və yoxsul ölkələrə daha çox yardım etməyə çağırıb. O əlavə edib ki, planetimizdə maddi sıxıntılar çəkən 3 milyard insanın vaksinlə təmin edilməsi üçün əlavə 18 milyard dollar vəsait tələb olunur.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.