ELM VƏ TƏHSİL


Bina və qurğuların zəlzələyə davamlığı – AzMİU-da elmi seminar

Bakı, 9 fevral, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrasında “Seysmoizoledici qurğusu olan bina və qurğuların zəlzələyə davamlığının tədqiqi” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın əməkdaşları və dəvət olunmuş mütəxəssislər iştirak ediblər.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, seminarda çıxış edən kafedranın dosenti Tükəzban Həsənova dünyanın bir çox ölkələrində baş vermiş zəlzələlərin təsirindən binaların zədələnmə dərəcəsinin müəyyənləşdirilməsi metodlarından, bu istiqamətdə aparılan elmi-tədqiqat işlərindən danışıb. O qeyd edib ki, binaların zəlzələyə davamlığının qiymətləndirilməsi, karkas binaların hündürlüyünə qoyulan məhdudiyyətlərin araşdırılması hazırda inşaat konstruksiyalarının aktual problemlərindəndir.

Məruzəçi karkas binalarla bağlı aparılan elmi-tədqiqat işlərinə də toxunub. O bildirib ki, eksperimental elmi tədqiqatların analizi nəticəsində karkas binaların yüksək intensivlikli seysmik yüklərə parametrlərinin təyin olunması mümkündür.

Sonda məruzə ətrafında müzakirələr təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.